"Asel Kredit" BOKT-un xalis mənfəəti 2 dəfədən çox artıb
"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 70 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 2,2 dəfə çoxdur.
Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 87 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 17 min mnat (2,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 8 milyon 12 min manat olub ki, bu da illik müqayisədə 6,5% azdır. Bunun 6 milyon 622 min mnaatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 3,8% böyüyüb.
Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 11,7% azalaraq 4 milyon 622 min manata düşüb, balans kapitalı isə 1,7% artaraq 3 milyon 390 min manata çatıb.
Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















