“Bank Respublika”ya inam 3 ayda 90 milyon manat artıma səbəb olub
2020-ci ildə pandemyanın yaratdığı çətinliklər bank sistemindən də yan keçmədi. Amma cari ildə bir sıra bankların həyata keçirdiyi düşünülmüş strategiya nəticəsində uğurlu nəticələr əldə etmək mümkün olub.
Bu banklar arasında “Bank Respublika” ASC-nin əldə etdiyi uğurlu nəticələr diqqət çəkir.
Ölkənin 5 aparıcı kommersiya bankından biri olan “Bank Respublika” I rübdə yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.
Məsələn, bu ilin I rübünün yekununda Bankın aktivləri 1 milyard 112 minlyon manat təşkil edib ki, bu da ötən ilin yekunu ilə müqayisədə 78 milyon manat çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı artaraq 87,2 milyon manat olub və minimum məcmu kapital normasını 75% üstələyib.
3 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, Bankın depozit portfeli 90 milyon manat artıb ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.
Bankın kredit portfeli 8,4% artıb və verilən kreditlərin əsas hissəsi həm Bank, həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib. Diqqət çəkən məqamlardan biri odur ki , keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 2,2% təşkil edib.
Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq rüb ərzində “Bank Respublika”nın xalis faiz gəliri 11,3 milyon manat, xalis mənfəəti isə 2,9 milyon manat təşkil edib.
“Bank Respublika”nın sürətlə inkişaf etməsi, pandemiyanın yaratdığı çətinliklər fonunda uğurla fəaliyyət göstərməsi, dayanıqlılığını qoruması beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmır. Məsələn, bu ilin aprel ayında “Moody's” beynəlxalq reytinq agentliyi Bankın reytinq üzrə proqnozunu birdən-birə iki pillə yüksəldərək “Müsbət” səviyyəsinə qaldırıb. Agentlik qərarını Bankın pandemiya dövründə kredit portfelinin sağlam qalması ilə izah edib. Qurumun analitiklərinin fikrincə, “Bank Respublika”da kredit riskləri yüksək standartlarla idarə edilir və bunun sayəsində arantin tədbirlərinin bankın kredit portfelinə təsiri çox az olub.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, xarici maliyyə instituları da Azərbaycanda əməkdaşlıq üçün “Bank Respublika”nı seçir. Belə ki Hollandiyanın Sahibkarlığın İnkişafı Fondu ötən həftə “Bank Respublika”ya manatla, 10 milyon ABŞ dolları ekvivalentində kredit ayırmağa qərar verib. Bundan öncə analoji tərəfdaşlıq sazişləri Avropa Yenidənqurma və İnkişaf bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə bağlanılıb.
Düşünürük ki, artıq 29 ildir Azərbaycan bank sistemində uğurla fəaliyyət göstərən “Bank Respublika”, həyata keçirdiyi uğurlu strategiya nəticəsində növbəti aylar daha yüksən nəticələr əldə edəcək.
Marja.az Telegramda: https://t.me/marjaaz
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
37 d. əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
3 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI






.jpg)
.jpg)







.jpg)






