Mask yeni Tvit atdı, Bitkoin bahalaşdı
Ən böyük kriptovalyuta 39 min dollara yaxınlaşıb.Dünyanın 1 nömrəli kriptovalyutası Bitkoin (Bitcoin) dünən axşam 10%-dən çox bahalaşıb.
Marja CoinDesk-ə istinadla xəbər verir ki, Bitkoinin dəyəri sürətlə yüksələrək, 38,903 dollar təşkil edib. Əsas səbəb qalmaqallı Tesla rəhbəri, hər çıxışı ilə kriptovalyuta qiymətlərində təlatüm yaradan Elon Maskın yeni Tviti olub.
Mask Tvitter hesabında Cointelegraph səhifəsinin onun kriptovalyuta qiymətlərində manipulyasiya etməsi barədə tənqidlərə belə cavab verib: “Bu doğru deyil. Tesla öz Bitkoin aktivlərinin cəmi 10%-ni satıb. Kriptomaynerlərin ağlabatan (50%) təmiz enerjidən istifadə etməsi və müsbət gələcək tendensiya təsdiqlənsə, Tesla Bitkoinlə sövdələşmələri davam etdirəcək.”
Xatırladaq ki, ötən ildən bəri 300%-dən çox bahalaşan ən dəbli kriptovalyuta bu il aprelin ortalarında tarixi rekorda - 65 min dollara çatmışdı. Daha sonra sürətlə dəyər itirən bitkoin son bir ayda təxminən 40% ucuzlaşıb. Mayın 12-də Elon Mask ekoloji amilləri (həddən artıq enerji istifadəsini) əsas gətirərək, Bitkoindən ödəniş vasitəsi kimi istifadəni dayandırdıqlarını açıqlamışdı. Elə həmin gün Bitkoin kəskin ucuzlaşmış, kriptovalyuta bazarı daha 300 milyard dollar dəyər itirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)









.jpg)






