Bu gün ABŞ Prezidenti "qatil" dediyi şəxs ilə görüşəcək
Bu gün Rusiya Prezidenti Vladimir Putin Cenevrədə amerikalı həmkarı Co Bayden ilə danışıqlar aparacaq.
Ağ evin açıqladığı detallara görə, görüşdən öncə saat 14:25-də hər iki ölkənin dövlət başçıları İsveçrə Prezidenti ilə fotosessiya edəcək. Görüş Villa La Qranjda baş tutacaq.
Sammit 4-5 saat davam edəcək və ilk öncə qısa bir hissədən daha sonra çay-qəhvə fasiləsi ilə iki geniş hissədən ibarət olacaq.
Saat 14:35-də Prezidentlər arasında ikitərəfli görüşün, 15:55-də heyətlərin iştirakı ilə genişləndirilmiş iclasın 1-ci turu, 17:40-da isə 2-ci tur genişləndirilmiş görüşün olacağı planlaşdırılır.
Rusiya nümayəndə heyətinə Sergey Lavrovdan əlavə xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuriy Uşakov, Baş qərargah rəisi Valeri Gerasimov və mətbuat katibi Dmitri Peskov da daxildir.
Danışıqların sonunda Prezidentlərin ortaq mətbuat konfransının keçirilməsi planlaşdırılmır.
Sammitin gündəliyində strateji sabitlik, pandemiya, kiber cinayətlərlə mübarizə, iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi, Arktika və regional münaqişələr - Ukrayna, Suriya, Liviya, Əfqanıstan və Qarabağ məsələləri yer alır.
Bunlarla yanaşı ikitərəfli münasibətlərin həll edilməmiş problemləri, üçüncü ölkələrdə rus vətəndaşlarının saxlanılması, səfirliklərin fəaliyyəti də müzakirə ediləcək.
Bu ilin əvvəlində ABŞ lideri Co Bayden Rusiya prezidenti Putini qatil adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
29 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 31 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
























