Xanımlara bəd xəbər - sevimli kosmetik məhsullarınızın əksəriyyəti zəhərlidir!
Yeni tədqiqat 230-dan artıq kosmetika məhsulunda toksik kimyəvi maddələr aşkar edib - detallar...Xanımlar üçün gündəlik həyatın vazkeçilməzlərindən biri də kosmetikadır. Marja xəbər verir ki, hazırda qlobal kosmetika bazarının həcmi təxminən 390 milyard dollardır ki, bu rəqəmin 2027-ci ildə 463 milyard dollara çatacağı gözlənilir.
Əksər xanımların üstünlük verdiyi vasitələr daha qalıcı, maksimum təbii görünüş verən, gec xarab olan kosmetik məhsullardır. Amma... kosmetika şirkətləri bu xüsusiyyətləri təmin etmək üçün məhsulun tərkibinə yüksək toksik kimyəvi elementlər qatır və bu barədə etiketdə heç bir kəlmə də yazmır.
ABŞ, Kanada, İsveçrə, Çin və başqa ölkələrdən 15-ə yaxın alimin 2016-2020-ci illər ərzində 231 kosmetik məhsul üzərində apardığı analizlər həmin məhsulların 55%-ə qədərinin tərkibində yüksək toksik kimyəvi birləşmələr - PFAS (per və poliftoralkalinli və fluorinli maddələr) olduğunu üzə çıxarıb. Bu məhsulların cəmi 8%-nin üzərində həmin elementlərdən istifadə barəsində qeyd var, qalan 92%-i isə məhsulun təmiz, kimyəvi qatqısız və ziyansız olduğunu iddia edir.
PFAS suya davamlılığına görə qablaşdırma sənayesindən tutmuş kosmetikaya və yanğınsöndürməyə qədər bir çox sahədə geniş istifadə olunur. Lakin kifayət qədər toksikdir və ətraf mühitə parçalanmır. Environmental Science&Technology Letters jurnalında dərc olunan tədqiqat nəticələri göstərib ki, tonal kremlər (63%), tuşlar (47%), göz üçün məhsullar (58%) və dodaq boyaları (55%) tərkibində ən çox fluorin olan məhsullar sırasındadır. Bu maddə isə həm dəriyə, həm də göz qişasına nüfuz edərək, orqanizmdə ciddi fəsadlar yarada bilər.
Qərb ölkələri artıq bununla bağlı ciddi əməli addımlar atmaqdadır. Təsadüfi deyil ki, dünən - iyunun 15-də ABŞ Konqresində “Kosmetika məhsullarında PFAS-a yox” adlı yeni qanun layihəsi təqdim olunub. Lakin aldığı məhsulun kimyəvi tərkibini bilməyən xanımların çoxu bu təhlükədən hələ də xəbərsizdir...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 19 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)







.jpg)








