“PAŞA Bank” ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirməyə davam edir.
Belə ki, Bank, iyun ayının 18-də Bakı Dövlət Universiteti ilə əməkdaşlığa dair Memorandum imzalayıb.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, Bakı Dövlət Universitetində yüksək təhsil standartlarının və fakültələrin müxtəlifliyinin əməkdaşlıq və gənc istedadların cəlb olunması baxımından böyük imkanlar vəd etdiyini vurğulayıb. O, bu əməkdaşlığın həm Bankın, həm də Universitetin gələcək inkişafına dəstək verəcəyini söyləyib.
“Mən, hər zaman vurğulamışam ki, gənclərin peşəkar inkişafına sərmayə yatırmaq mütləqdir. Bugünün istedadlı gəncləri, sabah Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsinə çevriləcək. Bu gün biz, təhsil müəssisələrini dəstəkləyirik ki, gələcəkdə məzunlarımız bizim fəaliyyətimizə öz töhfəsini bəxş etsin”, - deyə Taleh Kazımov vurğulayıb.
Qeyd edək ki, “PAŞA Bank”, daha öncə ADA Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Fransız Universiteti ilə əməkdaşlıq Memorandumu imzalayıb. Bu əməkdaşlıq çərçivəsində Bank tərəfindən təcrübə proqramları və müxtəlif təlim sessiyaları təşkil olunur. 2019-cu ildən etibarən keçirilən təcrübə proqramında 70-ə yaxın tələbə iştirak edib ki, onlardan 11-i hazırda Bankın əməkdaşları sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















