“AccessBank” istifadəyə yeni nəsil ATM-lər verir
Müştərilərinin rahatlığını düşünən “AccessBank” xidmətində yenilik edib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Bank, ATM şəbəkəsini pilləli şəkildə yeniləməyə başlayıb.
“AccessBank”ın paytaxt filiallarında yeni nəsil ATMlər – “Ncr Selfservice” müştərilərin xidmətinə verilib. “Touch-screen” ATM-lərin özəlliyi özünəxidmət funksiyasına malik olmalarındadır. ATM-lər standart məxaric əməliyyatları ilə yanaşı, həm də karta mədaxil və yerində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirdə bilir. ATM-lərin bu funksiyaları sayəsində “AccessBank” müştəriləri cari əməliyyatları 24\7 rejimində yerinə yetirə biləcəklər. Yeni ATM-lərin ilin sonunadək Bankın bütün filiallarında quraşdırılması nəzərdə tutulub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















