Avropanın investisiya şirkəti Azərbaycanın iri bankına 8 il müdddətinə kredit ayırdı - MƏBLƏĞ
"EMF Microfinance Fund" “Bank Respublika”ya 5 milyon dollar subordinasiyalı kredit ayırdıÖlkəmizin ən iri kommersiya banklarından biri olan "Bank Respublika", uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Bu dəfə Bank, "Enabling Qapital" şirkətinin vasitəçiliyi ilə 5 milyon dollar həcmində subordinasiyalı kreditin 8 il müddətinə Banka ayrılması barədə "EMF Microfinance Fund" Avropa investisiya şirkəti ilə yeni müqavilə imzalayıb. Bu barədə Marja-ya "Bank Respublika"dan bildirilirb.
Qeyd edək ki, son illərdə bu "Bank Respublika" ilə müqavilə bağlayan beşinci böyük beynəlxalq maliyyə təşkilatıdır. Bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO) və "Frontera Capital" təşkilatı Bankla müqavilə imzalamışdır.
"Bu beynəlxalq maliyyə qurumları tərəfindən “Bank Respublika”nın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimadından xəbər verir",- məlumatda deyilir.
Bankdan verilən məlumata görə, imzalanmış müqavilə çərçivəsində ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.
"Bank Respublika" 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və "Sparkassen International Development Trust" (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















