Azərbaycanın bank sektorunun qazancı azaldı
Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-may dövrünü 273,2 milyon manat xalis mənfəət ilə başa vurub.
Müqayisə edək ki, sektor ötən ilin eyni dövrünü 314,5 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 41,3 milyon manat və ya 13,1% azalıb.
Bank sektorunun faiz gələriləri ötən ilin ilk 5 ayındakı 799,2 milyon manatdan bu ilin eyni dövründə 835.1 milyon manata, qeyri-faiz gəlirləri isə 263,1 milyon manatdan 334,2 milyon manata yüksəlib.
Bankların faiz xərcləri 2020-ci ilin ilk 5 ayındakı 201,2 milyon manatdan 2021-ci ilin ilk 5 ayında 219,2 milyon manata, qeyri-faiz xərcləri isə 476,4 milyon manatdan 524,6 milyon manata qalxıb.
Ötən ilin ilk 5 ayında bank sektoru aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan 20 milyon manat gəlir əldə etsə də, bu ilin ilk 5 ayında 87,5 milyon manat ehtiyata ayırıb. Ehtiyatlara ayırma sektoruda kredit portfelində gecikmələrin artdığına işarədir.
Xərclərin artması və ehtiyatlara ayırma bank sektorunun xalis mənfəətinin azalmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























