Azərbaycanda nağdsız ödənişlər kəskin artıb
2021-ci ilin yanvar-may dövründə Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 milyard 489 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 240 milyon manat və ya 55,1% çoxdur. 2020-ci ilin yanvar-may dövründə nağdsız ödənişlərin həcmi 2 milyard 249 milyon manat təşkil etmişdi.
2021-ci ilin ilk 5 ayında nağdsız ödənişlər - ATM-lər vasitəsilə 206 milyon manat, POS-terminallar vasitəsilə 1 milyard 437 milyon manat, elektron ticarət vasitəsilə 1 milyard 846 milyon manat təşkil edib.
2021-ci ilin may ayında 755 milyon manat nağdsız ödənişlər həyata keçirilib. Apreldə nağdsız ödənişlərin həcmi 733 milyon manat təşkil etmişdi.
"Bakı kart" ilə gediş haqqı qəbuluna keçən marşrut xətlərinin artması da nağdsız ödənişlərin yüksəlməsinə səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















