“Zəyəm Texnologiyalar Parkı” Azərbaycanda iri tikinti layihələrinə cəlb olunur - FOTO
“Azmade” şirkətlər qrupuna daxil olan “Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) yerli istehsal müəssisəsi olaraq, Azərbaycanda ərsəyə gətirdiyi layihələrin siyahısını genişləndirməkdədir. Ölkədaxili iri tikinti-inşaat layihələri üçün metal konstruksiya istehsalı həyata keçirməklə bərabər, tikinti-quraşdırma işlərini də ZTP-nin mütəxəssisləri müffəqiyyətlə icra edir.
2021-ci ildə Azərbaycanda reallaşdırılan ən böyük layihələrdən olan “Foodcity Agropark” (Xudat Aqrokompleks) layihəsi üzrə 2500 ton metal konstruksiya istehsalı və yerində quraşdırılması, “A-Z Global Trading Netvvork” şirkəti ilə imzalanmış subpodrat müqaviləsi əsasında “Zəyəm Texnologiyalar Parkı” tərəfindən həyata keçirilir.
Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng Aqrokompleks 12 hektar ərazidə, şimal sərhəd zonasına və dəmir yolları xəttinə yaxın məsafədə salınır, tərkibində iri logistika mərkəzi, soyuducu saxlanma anbarları və digər inzibati bina və sahələr yaradılır.
“Zəyəm Texnologiyalar Parkı” Xudat Aqrokompleks layihəsinin logistika mərkəzinin tikintisinə cəlb olunmuşdur və hazırda metal konstruksiya istehsalını, quraşdırılmasını sürətli templərlə davam etdirir. 24 272 m2 daxili ərazisi olan Logistika mərkəzinin eni 113 metr, uzunluğu 170 metr, hündürlüyü isə 14.5 metr-dən ibarətdir.
ZTP eyni zamanda sözügedən layihədə iştirakını genişləndirmək niyyətindədir və bu məqsədlə zavodun istehsal imkanlarının optimallaşdırılmasını nəzərdən keçirir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB


















