“Qazprombank” Azərbaycana “yaşıl” mexanizmlər təklif edib
Energetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib.
Marja-nın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.
Bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən “yaşıl istiqraz”lar, “yaşıl investisiya”lar və “yaşıl maliyyələşmə” mexanizmləri haqqında məlumat verilib.
Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















