“Acwa Power”, “Masdar” və “BP” ilə müqavilələr üzrə növbəti addımlar müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyinin növbəti kollegiya iclası videokonfrans formatında keçirilib.
İclasda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əldə olunan nəticələr, özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, qarşıda duran prioritet vəzifələr, həmçinin cari ilin birinci yarısında görülmüş işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.
İclası açıq elan edən və iclasın gündəliyi haqqında məlumat verən kollegiya sədri energetika sektorunun inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş vəzifələrin icrasına dair görülmüş işləri diqqətə çatdırıb. Bildirilib ki, bərpa olunan enerji sahəsinə özəl invesitisyaların cəlb edilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” nəzərə alınmaqla yaşıl enerji məkanının yaradılması, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
İclasın gündəliyinə uyğun olaraq, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində həyata keçirilən layihələrin icra vəziyyətinə dair təqdimat nümayiş etdirilib. Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi sahəsində görülən işlər haqqında məlumat verilib. “Acwa Power”, “Masdar” və “BP” şirkətləri ilə pilot layihələr üzrə imzalanmış müvafiq müqavilələr çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın tətbiqinə dair məruzə dinlənilib. Nazirlikdə dövlət qulluğu keçən əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə görülən işlər və öncəki illərdə qiymətləndirmənin nəticələri haqqında məlumat verilib, qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın təmin olunmasının zəruriliyi vurğulanıb.
Kollegiya iclasında həmçinin 2021-ci ilin birinci yarısında Energetika Nazirliyinə daxil olunmuş sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması, eləcə də Nazirliyin normativ hüquqi aktlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.
Yekunda nazir Pərviz Şahbazov 2021-ci ilin ikinci yarısında görüləcək işlər və qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















