“Azsığorta”da daha bir təyinat
Fərid Qarayev “Azsığorta” ASC-nin Maliyyə direktoru vəzifəsinə təyin edilib.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, o, peşəkar karyerasına məhz “Azsığorta”da mühasib vəzifəsində başlayıb. Sonrakı illərdə Baş iqtisadçı, Büdcə və maliyyə təhlili şöbəsinin müdiri, Hesabatlıq üzrə menecer vəzifələrində çalışıb.
Yeni təyinatla bağlı İdarə Heyətinin sədri Yusif Soltanov fikirlərini bölüşüb:
“Çox sevindirici haldır ki, bu yaxınlarda baş verən İdarə Heyətinin üzvlərinin təyinatlarında olduğu kimi, bu yüksək vəzifəyə də şirkət daxilində yetişən loyal və peşəkar kadr təyin edilib. Hesab edirəm ki, sağlam şirkət qurmaq üçün daxildə olan insan resurslarını düzgün dəyərləndirmək lazımdır. Bir daha fürsətdən istifadə edib, Fərid bəyə fəaliyyətində yeni uğurlar arzulamaq istəyirəm.”
Qeyd edək ki, Fərid Qarayev Beynəlxalq İqtisadi Münasibətlər üzrə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pillələrini fərqlənmə ilə bitirib. O, 2012-ci ildən AZSIĞORTA-da çalışır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 3 d. əvvəl
- 10 d. əvvəl
- 21 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 29 d. əvvəl
- 52 d. əvvəl
-
59 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























