"Veysəloğlu"şirkəti, işçiləri "qul kimi" işlətdiyi barədə məlumatlara cavab verdi
Son günlər bəzi xəbər saytlarında “Veysəloğlu” şirkətində çalışan əməkdaşların iş saatı və əmək haqqı ilə bağlı tirajlanan iddialar tamamilə əsassızdır.
Marja xəbər verir ki, bu, “Veysəloğlu” şirkətinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir:
"“Veysəloğlu” 25 ildən artıqdır ki, ərzaq və qeyri-ərzaq məhsulların idxalı, topdan və pərakəndə satışı ilə məşğul olan qeyri-neft sektrounun aparıcı şirkətlərindən biridir.
Ölkənin aparıcı qida şirkətlərindən və qeyri neft sektorunda mühüm işə götürən müəssisələrdən olan “Veysəloğlu” əməkdaşlar ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesində daim korporativ idarəetmə prinsiplərinə uyğun hərəkət edir, şirkət əməkdaşları əmək bazarında rəqabətə davamlı əmək haqları ilə təmin olunur və iş vaxtları əmək qanunvericiliyinə əsasən tənzimlənir.
Kütləvi İnformasiya Vasitələrindən (KİV) bu kimi xəbərləri yayımlandan öncə tərəfimizdən mövqe öyrənilməsini xahiş edirik".
Qeyd edək ki, bir sıra saytlarda yayımlanan məlumatlara görə, “Veysəloğlu – Yaycılı Qardaşlar” MMC-də, xüsusilə “Araz” marketlər şəbəkəsində vətəndaşların əmək hüquqları pozulur. İddia olunur ki, şirkətdə işçilərə qarşı neqativ münasibət acınacaqlı hal alıb. Belə ki, bu sahədə çalışan əməkdaşlar 10-12 saat və ya daha çox zaman ərzində işləməyə məcbur edilirlər. Əlavə saata görə təbii ki, pul yazılmır, az maaşla insanları qul kimi işlətməklə şirkət daha çox qanunsuz gəlir əldə edir. “Veysəloğlu” Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələrini düzgün tərtib etmir. Öz hüquqlarını tələb etmək istəyən işçilər isə dərhal işdən kənarlaşdırılır və ya ən yaxşı halda az maaşlı işə keçirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 7 d. əvvəl
-
17 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
23 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)















