Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan əsgəri şəhid oldu - SƏRHƏDDƏ GƏRGİNLİK, ORDUMUZ TƏDBİRLƏR GÖRÜR

Ermənilər Kəlbəcərdə hərbçimizi snayperlə vurdu
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan əsgəri şəhid oldu - SƏRHƏDDƏ GƏRGİNLİK, ORDUMUZ TƏDBİRLƏR GÖRÜR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublı Fərman Telman oğlu şəhid olub.

Reklam_3_11

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir!

"Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", -məlumatda deyilir.

23.07.2021 17:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18