“PAŞA Bank”ın müştəriləri beynəlxalq ödənişləri izləyə biləcəklər - YENİ SİSTEMƏ QOŞULDU
Bank “SWIFT gpi” sisteminə qoşulub.Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ən yaxşı beynəlxalq təcrübələri tətbiq etməklə, biznes proseslərinin səmərəliliyini artırmağa davam edir.
PAŞA Bankdan Marja-ya daxil olmuş məlumata görə, Bank, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (“SWIFT”) qlobal ödənişlər üzrə yeni standartı olan “SWIFT gpi” sisteminə qoşulub.
Beynəlxalq ödənişlər sahəsində müştəri-bank təcrübəsini təkmilləşdirmək məqsədilə işlənib hazırlanmış bu sistem, ölkələrarası köçürmələri tam şəffaf, təhlükəsiz və operativ şəkildə həyata keçirməyə imkan verir. Artıq “PAŞA Bank”ın onlayn bankına əlavə olunan bu funksional ilə müştərilər ödənişləri real vaxt rejimində izləməklə yanaşı, həm də tranzaksiyanın icraat mərhələsi və komissiya haqqı barədə məlumat əldə edə bilir.
Qeyd edək ki, “SWIFT gpi” sistemi vasitəsilə ödənişlər müvafiq sənədlər əlavə olunduqdan sonra 1 gün ərzində alıcıya çatdırılır.
Texnoloji maliyyə vasitələrini və dünya trendlərini daha da əlçatan etməyi hədəfləyən “PAŞA Bank”, bununla da sahibkarlara vaxta qənaət edərək bütün diqqəti bizneslərinin inkişafına yönəltməyə yardım edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















