“Texnokral”ın şirkəti yeni rekorda imza atıb
Tesladan bir ilk - 1 milyardlıq mənfəət. Ötən ilin göstəricisini onqat üstələyib.Elektrikli avtomobillər bazarının lideri dünən cari ilin 2-ci rübünün maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, qalmaqallı “texnokral” Elon Maskın şirkəti gözləntiləri artıqlaması ilə doğruldaraq 12 milyard dollara yaxın gəlir əldə edib.
Şirkətin bu ilin ikinci rübündə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 98% artımla 11,9 milyard dollara yüksəlib. Şirkət, keçən ilin ikinci rübündə 6 milyard dollar gəlir əldə etmişdi.
Gəlirlərin 10,21 milyard dolları avtomobil satışlarından, 801 milyon dolları alternativ enerji biznesindən, 951 milyon dolları xidmətlər və digər sahələrdən daxil olub. Şirkət rüb ərzində 598 mağazası və servis mərkəzi vasitəsilə 201 min ədəddən artıq elektromobil satıb.
Xalis mənfəətə gəldikdə isə, Tesla öz tarixində yeni rekorda imza ataraq, ilk dəfə bir rübdə 1,14 milyard dollar mənfəət əldə edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 10 dəfə az - 104 milyon dollar idi.
Elektrikli avtomobil istehsalçısının keçən ilin ikinci rübündə bir səhmə düşən mənfəəti 0,44 dollarikən, bu ilin ikinci rübündə 1,45 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
52 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)





