"Bank Avrasiya"nın gəlirləri və əməliyyat mənfəəti artıb
"Bank Avrasiya" ASC 2021-ci ilin yanvar-iyun dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 6 milyon 724 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 3 milyon 429 min manat təşkil edib, gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 295 min manat əməliyyat mənfəəti formalaşıb. "Bank Avrasiya" mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 7 milyon 223 min manat ayırdığından cari ilin ilk 6 ayını 3 milyon 928 min manat xalis zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci yarısında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri 6 milyon 181 min manat, əməliyyat xərcləri 3 milyon 355 min manat, əməliyyat mənfəəti 2 milyon 826 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 4 milyon 404 min manat ayırdığından həmin dövrü 1 milyon 578 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
2020-ci ilin 1-ci yarısında "Bank Avrasiya"nın faiz gəlirləri 5 milyon 406 min manat ikən, 2021-ci ilin eyni dövründə 5 milyon 807 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 772 min manatdan 917 min manata qalxıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin yanvar - iyun dövründə "Bank Avrasiya" kredit portfelini (müştərilərə verilmiş kreditlər) 10 milyon 247 min manat və ya 9% artıraraq 122 milyon 863 min manata çatdırıb.
30 İyun 2021-ci il tarixində "Bank Avrasiya" 66 milyon 358 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 70 milyon 225 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















