“AccessBank” ön ofis üçün yeni proqram təminatına investisiya edir
Hər zaman müştərilərin rahatlığını düşünən və onlara keyfiyyətli xidmət təklif etməyə çalışan “AccessBank” yeni əməliyyat sisteminə - CRM-BPM-ə keçir.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, yeni əməliyyat sisteminin həm bank əməkdaşları, həm də müştəriləri üçün böyük üstünlükləri var.
Yeni ön ofis sisteminin əsas üstünlükləri, müştərilərə göstərilən xidmət müddətinin minimallaşdırılması və proseslərin avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradır.
“AccessBank” yaxın gələcəkdə bütün müştəri və filial proseslərini CRM-ə keçirməyi planlaşdırır. Artıq 3 əsas proses CRM-də tətbiq edilib və filiallara təhvil verilib. Bu proseslərdən biri kreditin verilməsidir. Yeni sistemdə bütün proses ortalama 12 dəqiqə vaxt alır.
Bu sistemin Mərkəzləşdirilmiş Kredit Reyestri, Asan Maliyyə kimi xarici sistemlərə avtomatik inteqrasiyası, həmçinin müştərinin kredit ödənişi qabiliyyətinin avtomatik hesablanması, prosesi daha da səmərəli edir. Bu isə daha sürətli xidmət və müştərilərin vaxtına qənaət etmək deməkdir.
CRM-BPM sisteminə keçirilən ikinci proses isə ödəniş kartlarının sifarişidir. Artıq bu xidmət üzrə sərf edilən müddət 3 dəfə azalıb.
“AccessBank”ın bu proses çərçivəsində son məqsədləri prosesin icra vaxtını azaltmaq, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq və mümkün əməliyyat risklərini minimuma endirməkdir.
CRM-BPM sisteminin tətbiq edildiyi digər sahə isə Əlaqə Mərkəzidir. Zəngi qəbul etməzdən əvvəl müştərilərin identifikasiyasi və profilinin bank nümayəndəsinə təqdim edilməsi, həmçinin satışlara və istəklərə uyğun lidlərin yaradılması və digər yeni funksiyalar s. bankla müştəri arasında əlaqəni daha da gücləndirir.
“AccessBank”ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, CRM-BPM sistemi sayəsində Bank, müştərilərinə daha keyfiyyətli xidmət göstərə biləcək: “Yeni proqram təminatı Bankımızın təsdiq edilmiş strategiyasına uyğun olaraq inkişaf etdirilir və özündə 3 əsas yanaşmanı birləşdirir: müştəri məmnunluğunu, proseslərin effektiv idarə edilməsini və təbii ki, biznesin inkişafını. CRM-BPM sisteminin imkanlarını inkişaf etdirmək, bütün filial məhsul proseslərini, həmçinin müştəri sorğularının idarə edilməsi proseslərini yeni sistemə keçirtməyi planlaşdırıq. Yaxın gələcəkdə yeni CRM sistemi skriptlər və analitik informasiyaya əsasən, bank işçilərinə müştərilərin ehtiyaclarını analiz etməyə və nəticələrə əsasən daha çox ehtiyac duyulan məhsulları təklif etməyə imkan verəcək.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















