"Azercell Telekom"un gəlirləri və xalis mənfəəti artıb - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
"Azercell Telekom" MMC 2020-ci ili 104 milyon 166 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 101 milyon 178 min manat xalis mənfəət ilə bağlamışdı (2 milyon 988 min manat və ya 3% artıb).
Marja.az şirkətin 31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Azercell-in əsas əmaəliyyat gəlirləri 2019-cu ildə 435 milyon 681 min manat ikən 2020-ci ildə 455 milyon 381 min manata yüksəlib. Beləliklə, 2020-ci ildə 2019-cu illə müqayisədə şirkətin əsas əməliyyat gəlirləri 19 milyon 700 min manat və ya 4,5% artıb.
2020-ci ildə "Azercell Telekom"un cəmi əməliyyat gəlirləri (maliyyə gəlirləri və digər gəlirlər daxil) 457 milyon 560 min manat, cəmi əməliyyat xərcləri 308 milyon 417 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 149 milyon 143 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 44 milyon 977 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə "Azercell Telekom"un cəmi əməliyyat gəlirləri 437 milyon 862 min manat, cəmi əməliyyat xərcləri 307 milyon 564 min manat, əməliyyat mənfəəti 130 milyon 298 min manat, ödədiyi mənfəət vergisi 29 milyon 120 min manat təşkil etmişdi.
Ötən il Azercellin cəmi aktivləri 379 milyon 456 min manat və ya 32,6% azalaraq 783 milyon 385 min manata düşüb. Şirkət 2019-cu ilin sonunda 1 milyard 162 milyon 841 min manat cəmi aktivlərə malik idi. Aktivlərin kəskin azalmasının əsas səbəbi pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin 2019-cu ilin sonundakı 304 milyon 839 min manatdan 10 milyon 708 min manata geriləməsidir. Şirkətin qısamüddətli investisiyaları da 217 milyon 600 min manatdan 102 milyon 170 min manata düşüb.
Aktivlərin azalmasına, bölüşdürülməmiş mənfəətin 440 milyon 917 min manat azalaraq 993 milyon 854 min manatdan 552 milyon 937 min manata düşməsi təsir edib.
Türkiyədə təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” MMC-nin yeganə təsisçisidir. “Azertel” nizamnamə kapitalının 51,3%-i Azərbaycan dövlətinə məxsus "AzInTelecom" şirkətinə, 42.2%-i “Cenay İletisim” şirkətinə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)










