Bakıda daha bir "ASAN xidmət və "ASAN kommunal" mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət və 3 saylı "ASAN kommunal" mərkəzi fəaliyyətə başlayıb.
6 saylı Bakı “ASAN xidmət” mərkəzi sayca Bakı şəhərində 6-cı, ümumilikdə ölkə üzrə 21-ci mərkəzdir.
6 saylı Bakı “ASAN xidmət” mərkəzi üçün ayrılan 0.74 ha ərazidə mərkəzin 4 mərtəbəli inzibati binası inşa edilib. Mərkəzin ətrafı ağaclarla əhatə olunduğundan tikinti zamanı ərazi xüsusi nəzarətdə saxlanılıb, yaşıllığa zərər vurulmayıb, bir çox yeni dekorativ ağaclar əkilib, qazon salınıb. Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan istirahət meydançası, velosiped dayanacağı yaradılıb. Beləliklə, verilən dizayna əsasən Mərkəz və yaxınlığında yerləşən Heydər Əliyev adına park vəhdət təşkil edir. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmətlər göstərən qurumlar tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Bu mərkəz qeydiyyatda olduğu yerdən asılı olmayaraq bütün vətəndaşlara xidmət edəcək. Burada xidmət edən dövlət orqanları da daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcəkdir. “ASAN xidmət” mərkəzinin işçiləri Vətən müharibəsi qazisi, şəhid və ya qazi ailələrinin üzvlərindən ibarətdir.
Mərkəzdə Azərbaycan Prezidentinin fəaliyyətini əks etdirən guşə innovativ şəkildə yeni elektron formatda təşkil edilib və dinamik dəyişən foto-video faylları əks etdirir. Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat lövhələri yerləşdirilib. Vətəndaşlar həmin lövhələrdəki QR kodları mobil telefonlar vasitəsilə oxudaraq "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin fəaliyyəti, xidmətlərlə bağlı tələb olunan sənədlər, ödənişlər, iş rejimi, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə edəcək.
Xidmətlərdən istifadə edən vətəndaşlar üçün Mərkəzdə Terras kafe yaradılıb. Mərkəz paytaxtın Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkının yaxınlığında olan ərazidə inşa edilib.
3 saylı “ASAN kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib. Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında (Qara Qarayev metrosu) inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək.
3 saylı “ASAN kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52, ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək. Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.
Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 11 d. əvvəl
-
-
18 d. əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
46 d. əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
50 d. əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
1 saat əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
Son Xəbərlər

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"
Ən çox oxunanlar

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub

Rəsmi məzənnələr açıqlandı

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
