Türk Lirəsi üçün mühüm gün çatdı - BU QƏRAR HƏLLEDİCİ OLACAQ
Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq. Əksər bazar iştirakçıları Türkiyə Mərkəzi Bankının pul siyasəti faizini 19%-də dəyişməz saxlayacağını gözləyirlər.
Marja xəbər verir ki, TCMB-nin bugünkü iclası çox həlledicidir. Çünki bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın avqust ayından etibarən faiz azaltmağa başlayacağını və nəticədə də inflyasiyanın düşəcəyini bildirib. TCMB-nin ölkə Prezidentinin göstəişi ilə qərar qəbul edib - etməyəcəyi maraq mövzusudur.
Bazarlar Türkiyə Mərkəzi Bankının faiz qərarına fokuslanıblar, xarici təşkilatlar da fərqli ssenarilər irəli sürürlər.
İsveçrə bankı və maliyyə xidmətləri şirkəti "Credit Suisse"ın iqtisadçıları Türkiyə Mərkəzi Bankının (TCMB) Avqust yığıncağında faizi endirməsi ya da faiz endirimi üçün Sentyabra işarə etməsi vəziyyətində qısa müddətdə ABŞ dolları/TL (Türk Lirəsi) məzənnəsinin 8,80-i test edə biləcəyini nəzərdə tuturlar.
"Credit Suisse"ın analitikləri hazırladıqları dollar/TL analizində qısa müddətdə məzənnənin 8,30 səviyyələrinə doğru düşməsinin mümkün görünmədiyini qeyd ediblər.
Telegramda Marja.az səhifəsinə abunə olun
Analitiklər qarşıdakı günlərdə dollar/TL məzənnəsinin 8,45-8,50 səviyyəsinə geriləyə biləcəyini, ancaq TCMB-nin Avqust yığıncağında pul siyasəti faizini endirməsi ya da bazarlarda Sentyabr ayında bir faiz endirimi gözləntisi yaradacaq işarələr verməsi vəziyyətində, məzənnədə iyun ayında görülən bütün zamanların ən yüksək səviyyəsi olan 8,80-lərə çıxa biləcəyini proqnozlaşdırırlar.
"Credit Suisse" analitikləri 3-cü rübün sonu üçün dollar/TL üzrə 9,10 olan proqnozunu dəyişdirməyiblər.
Almaniya bankı Deutsche Bank TCMB-nin Noyabr ayında faiz endiriminə başlayacağını gözləyir. Banka görə, TCMB bu il Noyabr və Dekabrda olmaqla faizini 1 bənd endirərək 19%-dən 18%-ə azaldacaq.
BAZAR FAİZİN DƏYİŞDİRİLMƏYƏCƏYİNİ GÖZLƏYİR
Bloomberg-in 23 təşkilatla apardı sorğuya görə, TCMB Avqust yığıncağında hər hansı bir dəyişikliyə getməyərək; pul siyasəti faizini 19% səviyyəsində sabit saxlayacaq. İl sonunda isə faizin 18%-ə düşəcəyi proqnozlaşdırılır.
ƏRDOĞAN MƏRKƏZİ BANKIN AVQUSTDA FAİZ AZALDACAĞINA İŞARƏ ETMİŞDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, avqust ayından etibarən inflyasiyada azalma başlayacağını söyləyərək, "Mən siqnalımı müəyyən yerlərə hər halda vermiş oluram, bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də enişə keçirik", - demişdi.
Canlı verilişdə sualları cavablayan Ərdoğan, "Yüksək faiz yoxdur. Çünki yüksək faiz bizə yüksək inflyasiyanı gətirəcək. Amma aşağı faiz bizə aşağı inflyasiyanı gətirəcək. Avqust ayı qırılma nöqtəsidir və inşallah Avqust ayından etibarən artıq biz aşağı inflyasiyaya keçəcəyik", bildirmişdi.
Türkiyə Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 13 d. əvvəl
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
1 saat əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
1 saat əvvəl
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
-
1 saat əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar
Ən çox oxunanlar
XalqKart-ı indi pulsuz əldə edin
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb























