“1,2 milyonluq icarə müqaviləsi bağlayan obyektin sahibi deputatın oğludur”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin "Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması" üçün yekunlaşdırdığı tenderin qalibi fiziki şəxs Cavanşir Orxan Cavanşirin əslində deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev olduğu bildirilir.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib - bununla bağlı normal məlumatlar yaymayıb”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.
İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 milyon 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.
Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.
Bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu "sirri" İskoç Bilim Adamları da çözə bilməz”.
Qeyd edək ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə Dövlət Vergi Xidmətinin sistemində Cavanşir Orxan Cavanşir və ya VÖEN-i 1404799542 ilə axtarış apardıqda "Bu ada uyğun VÖEN müəyyən edilmədi!" məlumatı çıxır.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
20 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
-
- 32 d. əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək
Ən çox oxunanlar

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
