Dünyanın ən böyük broker şirkəti Türkiyə şirkətinin əksər hissəsini satın aldı
Dünyanın ən böyük broker şirkəti olan "Arthur J. Gallagher & Co" Baş ofisi İstanbulda yerləşən "Brokers’ House" sığorta və təkrarsığorta şirkətinin əksər hissəsini satın alıb.
Marja xəbər verir ki, "Gallagher", bu satınalma ilə Türkiyə bazarına rəsmi olaraq daxil olub. ABŞ nəhənginin satın aldığı "Brokers' House", sığorta sektorunda uzun illər çalışan Gündüz Tezel və Levent Özbilen tərəfindən qurulub. Tezel və Özbilen, şirkətin rəhbərliyində çalışmağa davam edəcəklər.
"Gallagher" yaydığı açıqlamada, "Türkiyə gedərək artan bir şəkildə əhəmiyyətli və böyüyən bir iqtisadi güc mərkəzi olaraq tanınır və bu satınalma bizə bölgədə böyümək üçün bir fürsət təqdim edir" deyilir.
"Arthur J. Gallagher & Co" 1927-ci ildə İllinoisdə bir vasitəçi təşkilat olaraq qurulub. 2016-da "Fortune 500"ə ilk dəfə girən "Gallagher"in illik gəliri 6 milyard dollardan çoxdur. 150-dən çox ölkədə fəaliyyət göstərən "Gallagher", 31 mindən çox işçiyə sahibdir.
Qeyd edək ki, ötən həftə Böyük Britaniya şirkəti "Howden Group Holdings" Türkiyənən broker şirkəti "Matrix"i satın alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
42 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
48 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
1 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı























