Kənd təsərrüfatı ixtisaslarını seçən tələbələrə verilən təqaüdlərin məbləği artırıldı - MƏBLƏĞLƏR
Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək.
Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.
Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
Universitetin stimullaşdırıcı təqaüd proqramları haqqında məlumat verən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, əlavə təqaüdlərin məbləğinin artırılması tələbələrin sosial rifah vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onların aqrar sahənin mütəxəssisi kimi yetişməsində mühüm rol oynayacaq. Bundan başqa, tələbələrin universitetin hər cür şəraiti olan müasir 1044 yerlik yataqxanasında yaşamaq imkanı var. 4 ulduz təsnifatına uyğun inşa edilmiş tələbə yataqxanasında kitabxana, yeməkxana, kompüter otaqları, idman zalları, camaşırxana, tibbi yardım otaqları, mağazalar və s. fəaliyyət göstərir.
Rektor qeyd edib ki, ADAU tələbələrinin təhsil dövründə mübadilə proqramlarından yararlanmaq, təhsillərinin bir hissəsini xarici ali məktəblərdə davam etdirmək imkanı var. Ötən ay Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən, bu ali təhsil müəssisələrinin magistrləri birinci ili ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.
ADAU ilə Türkiyənin Ege Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil alaraq iki diplom əldə edəcəklər.
Bundan başqa, ötən həftə ADAU ilə Eskişehir Teknik Universiteti arasında “Mövlana” proqramı və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
ADAU rektoru qeyd edib ki, bu il Türkiyə, İsrail, Qazaxıstan və digər ölkələrdən 100-dək tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq üçün müraciət edib. Xarici tələbələr əsasən, kənd təsərrüfatı ixtisasları üzrə təhsil almaq niyyətindədir.
Qeyd edək ki, aqrar sahədə peşəkar kadrların hazırlanması məqsədilə ADAU-nun maddi-texniki bazasının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Ötən il iyunun 24-də Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, yeni tədris korpusu dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilib. Burada aqrar sahədə müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb, ən yeni əyani vəsaitlər, avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar professor-müəllim heyətinin və tələbələrin ixtiyarına verilib. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.
Yeni tədris ili ərəfəsində Azərbaycan Dövlət Aqrar Universitetində Biotexnologiya Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












