Azərbaycan 500 dollardan çox əlavə ödəniş alır, TIR-lar ölkəmizdən yan keçirlər
Orta Asiya Türkiyənin mühüm ixrac bazarlarından biri mövqeyindədir. Türkiyədən Özbəkistana, Qırğızıstana, Tacikistana və Qazaxıstana illik 40 minə yaxın ixrac səfəri edilir. Bu daşımaların yarıdan çoxu da Türkiyənin ticarət əlaqələrin gedərək inkişaf etdiyi Özbəkistana edilir.
Marja Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiyadan əvvəl Türkiyə nəqliyyatçıları Orta Asiya səfərlərinin 90%-ni İran üzərindən Türkmənistana, oradan da digər ölkələrə keçərək edirdilər. Ancaq pandemiya səbəbilə Türkmənistan bütün dünyaya tranzit keçidi bağlayıb. Buna görə Türkiyə nəqliyyatçıları üçün Orta Asiyaya getmək üçün yalnız iki variantı qalıb. Alternativ ən qısa yol Gürcüstan-Azərbaycan istiqamətidir. Ancaq Azərbaycan, yük avtomobili başına 500 dollardan çox əlavə ödəniş aldığı üçün nəqliyyatçılar Gürcüstan-Rusiya-Qazaxıstan üzərindən Orta Asiyaya keçməyi seçir.
Məlumata görə, Azərbaycanın Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi iyun sonunda İstanbulda keçirilmiş yığıncaqda Türkiyə nəqliyyatçılarından alınan əlavə ödənişlərin bir çoxunun ləğv ediləcəyinin müjdəsini verib. Ancaq bunun üçün qanuna dəyişiklik edilməlidir. Azərbaycanın Milli Məclisi tətildə olduğu üçün Oktyabr ayından əvvəl bu mövzuda bir həll gözlənilmir.
Türkiyə nəqliyyatçılarının digər bir problemi Azərbaycanın və Qazaxıstanın tranzid keçid sənədi (icazə) sayını artırmamasıdır. Türkiyə 3 milyard dollarlıq ixracını bu səbəbdən həyata keçirə bilmir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















