“Norm” inhisarçılıq etməsilə bağlı məlumat yaydı - "TEXNİKİ SƏHVƏ YOL VERMİŞİK"
“Norm”: 100-dən çox korporativ müştəri ilə əməkdaşlıq edirik və yalnız dörd tərəfdaşla bağlanmış müqavilədə texniki səhvə yol vermişik
Xəbər verdiymiz kimi, "Norm" inhisarçılıq edib, buna görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şirkətə qarşı iş qaldırıb. Belə ki, "Norm" ASC bazarda hökmran mövqeyindən istifadə edərək tərəfdaşlarına sərfəli olmayan şərtləri məcburi qəbul etdirib.
Marja xəbər verir ki, məsələ ilə əlaqədar "Norm" ASC məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda deyilir:
"Bütün müştərilərlə münasibətlərini bərabər hüquqlu əsaslarla təşkil edən və beynəlxalq standartlara uyğun məhsul istehsal edən “Norm” ASC 26.08.2021-ci il tarixində mətbuatda yayımlanan və kontragentə məcburi şərtlər qəbul etdirilməsi ilə bağlı yazılan məlumatlarla əlaqədar bildirir ki, şirkət 100-dən çox korporativ müştəri ilə əməkdaşlıq edir və yalnız dörd tərəfdaşla bağlanmış müqavilədə texniki səhvə yol verilib.
Habelə, texniki səhv olaraq müqavilədə əks olunan bənd aşkar olunan kimi, dərhal tərəfimizdən aradan qaldırılıb və qısa müddət ərzində bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilib. Qeyd edilən məqam məhsulun istifadəçiləri olan müştərilərə aid olmayıb, yalnız dörd kontragentlə əlaqəli olub. Müqavilədəki texniki səhvlə bağlı şirkətimiz heç bir mənfəət və üstünlük əldə etməyib, bununla bağlı heç bir fiziki və hüquqi şəxs zərər çəkməyib.
Fəaliyyətinin əsas prinsipi müştəri məmnuniyyəti olan “Norm” ASC tərəfindən bazar iştirakçılarının mənafeyinin qorunması məqsədilə satış şərtləri və əlaqədar digər məlumatların şirkətin rəsmi internet səhifəsində yerləşdirilməsi və müraciət mexanizminin asanlaşdırılması üzrə xüsusi bölmənin yaradılması təmin edilib.
Həmçinin, müəssisədaxili sənədlərin antiinhisar qanunvericiliyinin tələblərinə, müştərilərin maraqlarına uyğun hazırlanması və tətbiqi baxımından “Norm” ASC bir sıra qurumlarla, xüsusən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə sıx əməkdaşlıq edir. Qeyd olunan məsələlərlə bağlı qurum mütəmadi olaraq şirkətə metodiki köməklik göstərməkdədir.
“Norm” ASC bazarda mövcud keyfiyyətsiz sement istehsalçıları ilə mübarizə sahəsində də mütəmadi olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə qarşılıqlı əməkdaşlıq edir. Şəffaflığın təmin edilməsi və bazarın keyfiyyətli məhsullarla təchiz edilməsi istiqamətində hər zaman göstərdiyimiz səylər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, “Norm” şirkəti Avropa istehsalı olan müasir texnoloji avadanlıqların tətbiqi sayəsində ən son yerli və beynəlxalq standartlara cavab verən məhsullar istehsal edir. Bununla yanaşı, “Norm” ASC Cənubi Qafqaz regionunda quyu-tamponaj sənayesində etimadnamə kimi qəbul edilən API (American Petroleum Institute) sertifikatını əldə edən ilk müəssisədir. Beləliklə, zavod yerli və xarici bazarlara API standartlarına uyğun, keyfiyyət və etibarlılıq baxımından xüsusi tərkibə malik olan quyu-tamponaj sementini təqdim etməkdədir".
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
4 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
4 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
5 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
