SOCAR xammal ticarəti üzrə dünya liderlərindən biri ilə razılaşdı
SOCAR və Vitol oktyabr ayından etibarən BTC vasitəsilə Türkmənistan neftinin nəqli barədə razılığa gəliblərSOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İsveçrə-Hollandiya şirkəti Vitol, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ildə təxminən 1 milyon ton Türkmənistan nefti nəql etmək barədə razılığa gəliblər.
Marja xəbər verir ki, bu barədə Turkmenistan.gov.tm xəbər verir.
Resursun yazdığına görə, şirkətlər, icrasında bu ilin oktyabr ayının əvvəlində başlayacaq müvafiq müqavilə imzalayıblar.
"Türkmənistandan alınan neft əvvəllər tankerlərlə Rusiyanın çayı və dəniz limanlarından Novosibirskə, daha sonra isə neft kəməri ilə nəql olunurdu. İndi "Vitol"un bu marşrut üzrə xam neft nəqlinin həcmi iki dəfə azaldıla bilər, ayda 80 ton", - məlumatda qeyd edilib.
SOCAR daha əvvəl Rusiya və Türkmənistandan çoxlu şirkətləri cəlb etməklə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünü artırmaq istədiyini bildirmişdi.
Vitol – karbohidrogen xammalının ticarəti üzrə dünya liderlərindən biridir, BƏƏ-də ENOC şirkətindən əldə etdiyi Türkmənistanın “qara qızılını” həcmlərlə təcili müqavilələr üzrə tədarük edir.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)














