Gəncə Yaşayış Kompleksi tezliklə vətəndaşlara təklif ediləcək - VİDEO
Bu binalarda ümumilikdə 986 mənzil var. Bunlardan 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcəkdir. Bu layihə Agentliyin regionda inşa etdiyi ilk yaşayış kompleksdir.
Agentlikdən Marja-ya daxil olmuş məlumata görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində 6.23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil var. Bunlardan 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olmaqla, mətbəx mebeli (qaz plitəsi və aspirator daxil olmaqla), kombi isitmə sistemi (kombi avadanlığı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilib. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcəkdir.
Ərazidə yaşayış binaları ilə yanaşı, 1176 şagird yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası inşa edilmişdir. Ötən tədris ilində tam orta məktəb binası istifadəyə verilmişdir.
Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi Gəncə şəhərində inşa olunan Kompleksin ərazisində də yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, sakinlər üçün istirahət guşələri yaradılmış, geniş həyətlər, uşaq oyun meydançaları istifadəyə verilmişdir.
Gəncə Yaşayış Kompleksi haqqında hazırlanmış video çarxı diqqətinizə təqdim edirik.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti



















