Alma ilə armudu müqayisə etməyin - ekspertlərdən “Evergrande” proqnozu
Çinin dili də var, dilçəyi də - IMF...Son 2 həftədə qlobal birjaları silkələyən “Evergrande məsələsi” ekspert yanaşmalarını bir neçə cəbhəyə bölüb. Bir qrup Çinin iri tikinti-əmlak şirkətinin borclara görə defolta düşməsinin zəncirvari reaksiya və qlobal böhranla nəticələnəcəyindən ehtiyat edir. Digər qrup isə məsələnin şişirdildiyini, ciddi narahatçılığa əsas olmadığını bildirir.
UBS özəl investisiya bankının hesablamasına görə, Evergrande-nin hazırkı ofşor istiqrazları 19 milyard dollardır ki, bu da Çinin cəmi xarici istiqrazlarının 9%-i ekvivalentindədir. Şirkətin 313 milyard dollarlıq öhdəlikləri isə ölkənin əmlak sektorunun toplam öhdəliklərinin 6,5%-ni təşkil edir.
“Çin bilir neynəyir”...
Marja xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (IMF) Evergrande məsələsində daha nikbindir. Fondun baş iqtisadçısı Gita Gopinat Reuters-ə müsahibəsində qurumun məsələni diqqətlə izlədiyini, bununla belə Çin hökumətinin əlində problemin sistem böhranına çevrilməsini önləmək üçün yetərincə vasitə və siyasi alətlər olduğunu bildirib.
Evergrande ilə Lehman fərqli şeylərdir...
Dünyanın ən iri banklarından olan ING Evergrande-nin defoltu ilə Lehman Brothers investisiya bankının iflasını (2008-ci ildə ABŞ-da başlayan və qlobal maliyyə böhranına çevrilən prosesin başlanğıcı) müqayisə etməyin düzgün olmadığını bildirib. Banka görə, Lehman Brothers-in əlində maliyyə aktivləri vardısa, Evergrande-nin əsas əmlakı torpaq və tikililərdir. Buna görə də, Çin şirkətinin aktivlərinin sıfıra çevrilməsi riski yoxdur.
“Çin arxayındır, ona görə də tələsmir”...
Qlobal infrastruktur aktivlərinin idarə olunması üzrə ən iri şirkət, Avstraliyanın investisiya bankı və maliyyə xidmətləri qrupu Macquarie-yə görə, Evergrande-nin balansındakı torpaq və mənzil layihələrinin dəyəri 220 milyard dollardan çoxdur. Çinin bank sisteminin illik mənfəətinin 1,9 trilyon yuan (294 milyard dollar), itkiləri kompensasiya etmək üçün ehtiyat vəsaitin isə 835 milyard dollara yaxın olduğunu nəzərə alsaq, Çin iqtisadiyyatı Evergrande-nin itkilərini asanlıqla “həzm edə” bilər.
Bu səbəbdən, hökumət hələlik Evergrande məsələsində nə ətraflı açıqlamağa verməyə, nə də irimiqyaslı müdaxiləyə tələsmir...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
-
22 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
31 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 34 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı



















