Unibankdan sahibkarlar üçün yeni kredit xidməti
(®️) Hər yeni məhsul və prosesdə biznes sahibinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmağı hədəfləyən Unibank, bu dəfə mikro və kiçik sahibkarlar üçün yenilik edib.
Bank bazarında hələ ki bir ilk olan bu xidmət, həm sahibkarların zamanına xeyli qənaətə, həm də biznes sahəsindən ayrılmadan, çox rahatlıqla kredit əldə etməyə imkan yaradır. Bank əməkdaşı birbaşa sahibkarın ünvanına gedir, biznes məlumatlarını yerindəcə planşet vasitəsilə sistemə daxil edir, sistem avtomatlaşdırılmış şəkildə dərhal kredit qərarını verir. Yəni sahibkar elə həmin an kredit qərarından xəbərdar olur.
“Unibank” KB-nın Mikromaliyyələşdirmə biznesi üzrə baş inzibatçısı Rauf Ağayev, bu xidmətin biznesin işini daha da asanlaşdıracağını bildirib:
“Mikro və kiçik sahibkarlar biznesləri ilə bağlı bütün addımlarda birbaşa özləri iştirak etdiklərindən hər dəqiqə onlar üçün dəyərlidir. Sahibkarlar zamanlarını filialala gəlməklə, növbələrdə vaxt itirməyə sərf etməsinlər deyə, onlar üçün bu yeni xidməti hazırladıq. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə oturur, sistem məlumatları təhlil edərək dərhal sahibkara ayrılan kredit məbləğini müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır. Kredit vəsaiti sahibkara kartla verildiyindən, növbəti dəfə kredit müraciəti zamanı da biznes sahibinin banka gəlməsinə ehtiyac qalmır. Sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır”.
“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
- 19 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu















.jpg)






