Evergrande Çin bankından 1,5 milyardlıq pay satır
Əmlak nəhəngi daha bir ödəniş defoltu ilə üz-üzədir...Çinin ən çox borcu olan iri tikinti-əmlak şirkəti, öhdəliklərinin həcmi 300 milyard dolları keçən Evergrande sürətlə müxtəlif aktivlərini satır.
Marja xəbər verir ki, indi də şirkət Şenqjinq bankındakı 9,99 milyard yuanlıq (1,5 milyard dollarlıq) payını satacağını açıqlayıb.
Evergrande bugün səhər Honq Konq birjasına təqdim etdiyi sənəddə Şenqjinq bankındakı 1,75 milyard ədəd səhmi Çinin dövlət mülkiyyətində olan “Shenyang Shengjing Finance” investisiya şirkətinə hər səhm başına 5,70 yuana satmaq barədə razılaşma imzaladığını bildirib.
Ötən həftə 2 milyard dollarlıq dollar istiqrazları üzrə 83,5 milyonluq faiz ödənişini ödəməyən şirkətin öhdəlikləri bitmək bilmir. Şirkətin bugün də digər istiqrazlar üzrə 47,5 milyon dollar faiz (kupon) ödənişi etməlidir. Bu səbəbdən, aktivlərin iri həcmdə satışı gözlənilən idi.
Avqustun sonunda dərc olunan maliyyə hesabatına görə, Evergrandenin il sonuna ödəməli olduğu faiz və kredit ödənişləri 3,8 milyard dollara yaxındır. Oktyabr, noyabr və dekabr aylarında da müvafiq faiz ödənişləri həyata keçirilməlidir.
Şirkət ötən həftə ödəniş vaxtı çatan və ödənməyən 83,5 milyon dollarlıq istiqraz faiz ödənişinə dair heç bir açıqlama verməyib. Doğrudur, istiqraz şərtlərinə görə, Evergrande ödəniş günündən etibarən 30 gün ərzində öz öhdəliyini yerinə yetirsə, defolta düşmür. Lakin investorlar hələ də skeptik şəkildə məsələni diqqətlə izləyirlər...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






