Pakistana məxsus ilk sınaq yük maşınları oktyabrda İrandan keçməklə Azərbaycana daxil olacaq
Pakistanla Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. Bu münasibətlə Bakıda rəsmi tədbir də təşkil ediləcək.Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasınıda (ABADA) olub.
ABADA-nın yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi, əldə olunan razılaşmaların həyata keçirilməsi, nəqliyyat və yükdaşıma sahəsində layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.
Səfir Bilal Hayee ölkəsinin Azərbaycan üzərindən Avropaya yükdaşımalar həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb.
B.Hayee Pakistanın "National Logistics Cell" logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başladığını deyib. Səfir bildirib ki, ölkəsinin milli logistika şirkəti Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var.
Eyni zamanda Azərbaycan üzərindən bu xidmətlərinin icra edilməsi üçün münasib şərtlərin olduğu qeyd edilib. B.Hayee ölkəsinin ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.
ABADA-nın İdarə Heyətinin sədri Azərbaycan və Pakistan xalqları və dövlətləri arasında olan dostluq, qardaşlıq münasibətlərinin iqtisadi sahədə də davam etdiyini vurğulayıb. Sədr Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasındakı xüsusi rolundan bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin regional və beynləxalq yükdaşımalara verəcəyi üstünlüklərdən danışılıb.
Müzakirələr zamanı 2005-ci ildə ölkələrimiz arasında imzalanan "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Memorandum barədə də məlumat verilib. ABADA-nın İdarə Heyətinin sədri səfirin daşımaların icrası zamanı sərhəddə tətbiq olunacaq prosedur qaydaları barədə suallarını cavablandırarkən, gələcəkdə "İcazə vərəqə"lərinin mübadiləsi zamanı bu prosedur sayının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir yaxın günlərdə Pakistandan Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini bildirib.
Məlumatda qeyd edilib ki, Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. Bu münasibətlə Bakıda rəsmi tədbir də təşkil ediləcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 6 d. əvvəl
- 29 d. əvvəl
-
36 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb


























