OPEC+ toplantısı ərəfəsində neft ucuzlaşdı
Sentyabrın 30-u günorta hərraclarında neftin qiymətləri azalıb.
Bakı vaxtı ilə saat 17:40-da “Brent” markalı neftin dekabr fyuçersləri 1,1 % ucuzlaşaraq 77,76 ABŞ dollarından, noyabr fyuçersləri də 0,58 % ucuzlaşaraq 78,18 ABŞ dollardan, “WTI” markalı neftin noyabr fyuçersləri isə 0,74 % ucuzlaşaraq 74,8 ABŞ dollardan satılıb. Artıq qiymətlər üç hərracdır ucuzlaşmağa davam edir.
Xatırladaq ki, ötən həftə ABŞ-da neft ehtiyatları qəfildən 4,6 milyon barel artaraq 418,5 milyon barelə çatması OPEC+ formatının 4 oktyabr tarixinə təyin olunmuş toplantısı daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb.
Həmçinin dolların bahalaşması da neftin qiymətinin azalmasına təkan verir. Belə ki, cari həftənin əvvəlindən bu yana ABŞ dolları avroya qarşı 1%-ədək bahalaşaraq ötən ilin payızından bu yana ən yüksək həddə çatıb. Eyni hal dollar indeksinə (ABŞ-ın 6 əsas ticarət tərəfdaşı olan ölkəsinin pul vahidlərinə qarşı orta məzənnəsi) də aiddir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)




.jpg)







