Mağazalarda ən müasir kassa və satış sistemini bu şirkət qurur
Cubics POS sahibkarlara kassa və satış sistemini tam avtomatlaşdırmağa imkan yaradır. Bu da biznesin daha da effektiv idarəedilməsinə birbaşa təsir edir.(®) İnformasiya texnologiyaları ticarətə öz təsirini göstərməkdə davam edir. Bunun nəticəsi olaraq iş adamlarının biznesi idarəetməsi daha da rahatlaşıb, hesabatların aparılması isə daha da təkmilləşdirilib. Əvvəllər satış və kassa sistemini avtomatlaşdırmaq yalnız orta və böyük dükanların nəzərində idisə, indi bu prosesi kiçik mağazalar da inteqrasiya etmək istəyir. Səbəb – rəqabətin artmasıdır və müştərilərə daha keyfiyyətli xidmətin göstərilməsidir.
Avtomatlaşdırılmanı nədən başlamaq lazımdır?
Bu proses 1 zəngdən başlayır. Belə ki, Cubics Technology şirkəti bütün həlləri sıfırdan hazırladığı üçün, biznesi proqram təminatına yox, proqram təminatını biznesə uyğunlaşdırır.
Zəngdən sonra nə baş verir?
Siz zəng edib biznesiniz haqda ətraflı məlumatı şirkətin mütəxəssislərinə dedikdən sonra, onlar Sizinlə görüş təyin edir. Görüşün nəticəsi olaraq Cubics ekspertləri Sizin biznesinizi tam anlayır və Sizə geri dönüş etmək üçün növbəti görüş vaxtını təyin edir. Bu müddət ərzində Cubics Technology biznesinizin kassa və satış sistemini avtomatlaşdırmaq üçün addımlar, vaxtlar və qiymətlərdən ibarət təklifi hazırlayır. Növbəti ikitərəfli görüş zamanı bu məqamlar müzakirə edilir və qərar qəbul edilir.
Cubics POS digərlərindən nə ilə fərqlənir?
İlk olaraq – Cubics POS unikal interfeysə malikdir. Bu məhsul tərtib edilən zaman 3 klik prinsipinə əsaslanıb. Belə ki, istifadəçi istədiyi məlumatı həqiqətən də 3 klikə əldə edə bilir.
İkinci vacib məsələ - Cubics Technology şirkəti iş adamlarının rahatlığını nəzərə alıb və bu həll üçün proqram təminatından əlavə, həm də avadanlıq da təqdim edir. Belə ki, Siz daha avadanlığı haradan alıb onu bu sistemə necə inteqrasiya edəcəyiniz barədə düşünməyəcəksiniz.
Üçüncü vacib məqam – bütün sistem tam etibarlı şəkildə qurulur. Burada məsələ təkcə bu həllin etibarlı serverdə yerləşdirilməsindən deyil, sistem tam yerli şirkət tərəfindən qurulduğu üçün, dəstək xidmətinin də vaxtında və etibarlı şəkildə reallaşdıırılmasından gedir.
Cubics POS özündə nə kimi xüsusiyyətləri daşıyır?
Cubics POS sahibkarlara kassa və satış sistemini tam avtomatlaşdırmağa imkan yaradır. Belə ki, biznes sahibi anbar modulu ilə anbardakı vəziyyəti, maliyyə modulu ilə gəlir, xərclər və maliyyə sabitliyini, CRM modulu ilə müştəri bazasını, kadrlar modulu ilə əməkdaşların iş keyfiyyətini, təchizat modulu ilə gələn malların sayını və qiymətini rahatlıqla görə bilir. Bu da öz növbəsində biznesin daha da effektiv idarəedilməsinə birbaşa təsir edir.
Cubics POS biznes həllini necə əldə etmək olar?
Bu biznes həllini əldə etmək üçün Cubics Technology şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrələri
*3881
(050) 271 19 66
Vebsayt:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza, 7-ci mərtəbə
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 6 saat əvvəl
-
6 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 6 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
















