Benzinli avtomobillərin qənimi - hər il 30 faiz artacaq, 2030-da 31 milyona çatacaq
Batareya istehsalçıları isə milyardlarla dollar “səpələyir”...1997-ci ildə Yaponiyada buraxılan və 2000-ci ildə qlobal bazara çıxan Toyota Prius ilk hibrid elektrikli avtomobil idi. Növbəti 10 il bir sıra şirkətlərin bazara çıxmaq cəhdləri ilə yadda qaldı. 2010-cu ildən Teslanın kütləvi istehsala başlaması isə ənənəvi avtomobillərin yeni və davamlı rəqibini gətirdi.
Bəs hazırda elektrikli avtomobil bazarının vəziyyəti və gələcək potensialı necədir? Marja müəyyən məqamları araşdırıb.
Qlobal texnologiya bazarını araşdıran Canalys şirkəti 2020-ci ildə dünyada 66,5 milyon ədəd sərnişin avtomobilinin satıldığını bildirir. Bu isə 2011-ci ildən bəri satışlarda ən iri həcmli azalmadır - 14%. Müqayisə üçün bildirək ki, 2017-ci ildə bu rəqəm 80 milyon ədəd idi. Canalys növbəti illərdə nisbi artım olacağını, lakin 2030-cu ilə qədər orta illik satışın 70 milyonu keçməyəcəyini proqnozlaşdırır.
Əvəzində elektrikli avtomobillərin satışı sürətlə artır. Qlobal audit və konsaltinq şirkəti Deloitte 2020-ci ildə 2,5 milyon ədəd elektromobil (həm tam elektrikli, həm də hibrid) satıldığını hesablayıb. 2021-ci ilin ilk yarısında isə satışlar 160% artıb - 3 milyon ədədə yaxınlaşıb.
Wood Mackenzie bu ilin yanvar-iyun aylarında satılan bütün avtomobillərin 7%-nin elektrikli olduğunu bildirir. Tarixdə ənənəvi avtomobillərin illik satışında belə artım baş verməyib.
Ən iri bazarlar:
Çin - 47% (1,1 milyon ədəd);
Avropa - 40% (1,04 milyon ədəd);
ABŞ - 10% (250 min ədəd);
Qalan ölkələr - 3%.
Artım dayanmır...
Deloitte-nin proqnozuna görə, orta illik artım tempi 30% olmaqla, 2025-ci ildə elektrikli avtomobillərin satışı 11,2 milyona, 2030-cu ildə isə 31,1 milyon ədədə çatacaq. Nəticədə, 2030-cu ildə satılan ümumi avtomobillərin 40%-ə qədəri elektrikli olacaq.
Tesla əsas oyunçudur, amma əzəli deyil...
Elon Maskın şirkəti bazarda ən iri payçıdır - 15%. İkinci ən böyük oyunçu Volkswagen-dir (13%). Sonrakı yerləri SAIC, General Motors və Wuling-in birləşməsi olan SGMW (11%), BMW (6%) və Stellantis (6%) tutur. Xüsusən Çin şirkətləri - Nio, Xpeng, Li Auto ucuz modellər təklfi edir, bu isə Teslanın Çin bazarındakı mövqeyinə ən iri potensial təhlükədir.
Batareya biznesi - Asiya şəksiz liderdir.
Elektrikli avtomobillər üçün batareyaların istehsal və təchizatında Asiya qitəsi 90%-lə rəqibsiz nömrə 1-dir. Ən iri istehsalçılar:
CATL (Çin) - 30%, illik gücü 65,45 Giqavatt, əlavə 92,5 Gigavatt artırmaq planı var;
LG Energy Solution (Cənubi Koreya) - 25%, illik gücü bu ilin sonuna 155 Gigavatt-a 2025-ci ilə qədər 430 Gigavtta çatdırmağı planlaşdırır;
Panasonic (Yaponiya) - 13%, illik gücü 50 Gigavatt;
BYD (Çin) - 8%, illik gücü 60 Gigavatt;
SK Innovation (Cənubi Koreya) - 5%, illik gücü 40 Gigavatt, 2025-ci ilə qədər 220 Gigavatt-a çatdırmağı planlaşdırır;
Samsung SDI (Cənubi Koreya) - 5%, illik gücünü açıqlamayıb.
LG Energy növbəti illərdə istehsal həcmini artırmaq üçün 6 milyard dollar, SK Innovation Fordla birlikdə 8,6 milyard dollar xərcləməyi planlaşdırır. Elektromobillərə artan tələbat növbəti illərdə əlavə investisiyaların yatırılıcağını da istisna etmir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
-
12 d. əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 18 d. əvvəl
-
46 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlanıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub




















