Azərbaycann sığorta fondu 74,5 milyon manatlıq risk qəbul edib
Aqrar sığortada rekord göstəricilər qeydə alınıb – 9 AYIN NƏTİCƏLƏRİ AÇIQLANDIAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta üzrə ölkədə rekord göstəricilər qeydə alınıb.
Aqrar Sığorta Fondunun (ASF) Marja-ya məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında aqrar sığorta üzrə 3 milyon 906 min manat sığorta haqqı toplanılıb.
Toplanan sığorta haqlarının və ödənişlərin böyük hissəsi heyvandarlıq sektorunu əhatə edir. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələriin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb.
2021-ci ilik ilk 9 ayının nəticələri göstərir ki, aqrar sığorta sektoru Azərbaycanın sığorta sektorunda artım və inkişafının əsas drayverlərindən olacaq.
Belə ki, bu dövrdə ölkə üzrə toplanan ümumi aqrar sığorta haqlarının (4 614 min manat) 85%-i, yəni 3 906 min manatı Fond tərəfindən toplanıb. 2021-ci ilin 9 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən toplanan sığorta haqları buna qədər son 5 ilin ortalama məbləğini (2 010 min manat) 2 604 min manat və ya 2 dəfədən çox üstələyib.
Ayrı-ayrı sahələr üzrə daha ciddi artım müşahidə olunub. Belə ki, ilk 9 ayda heyvandarlıq sığortası üzrə ASF tərəfindən toplanan sığorta haqları 2020-ci ilin ümumi göstəricisini (1 939 min manat) 195% üstələyib.
Bitkiçilik sığortası üzrə toplanan sığorta haqları isə 2020-ci ilin nəticələrindən 93 dəfə çox olub. Hesabat dövründə heyvandarlıq sahəsi üzrə sığorta haqlarının 85%-i, bitkiçilik sahəsi üzrə sığorta haqlarının isə 100%-i Aqrar Sığorta Fondu tərəfindən yığılıb.
Ümumilikdə ilk 9 ayda ASF tərəfindən 14 667 ədəd kənd təsərrüfatı heyvanı, 17 249 hektar əkin sahəsi sığortalanıb. İndiyədək imzalanmış müqavilələr üzrə Aqrar Sığorta Fondu təqribən 74,5 milyon manatlıq risk qəbul edib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib ki, 2021-ci ilin yanvar-sentyabr ayları üzrə əldə edilən nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir:
“Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri isə fermerlərə və şirkətlərə imkan verib ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Ölkə rəhbərliyi tərəfindən qəbul edilən son qərarlar – bəzi məhsullar üzrə subsidiyada aqrar sığorta tələbi nəticəsində isə aqrar sığorta ölkəmizin ərzaq təhlükəsizliyində mühüm alətlərdən birinə çevrilməkdədir”.
Növbəti aylarda aqrar sığorta predmetlərinin və sığortaya qəbul edilən risklərin siyahısının böyüməsi ilə aqrar sığortanın əhatə dairəsinin daha da genişlənməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
Ən çox oxunanlar
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb





















