Xalq Bank xalis mənfəətini artırıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
Bank 3-cü rüb ərzində xalis mənfəətini 8.4 milyon artıraraq 14,2 milyon manata çatdırıb.30 Sentyabr 2021-ci il tarixində ASC “Xalq” Bankın aktivləri 2 milyard 221 milyon 242 min manat təşkil edib. Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın cəmi kapitalı ötən rüb ərzində 8,09 milyon manat artaraq 444 milyon 900 min manata çatıb.
Bankın kredit portfeli ikinci rübün göstəricisi ilə müqayisədə 8,5 milyon manat artımla 1 milyard 413 milyon 848 min manata yüksəlib. Kredit portfelinin keyfiyyəti artmış, vaxtı keçmiş kreditlərin həcmində isə əhəmiyyətli azalma müşahidə edilmişdir. Belə ki, Bank ötən bir il ərzində bu göstərici üzrə 57.06% azalmaya nail olmuşdur.
Hesabat dövrünün yekununa müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 milyard 426 milyon 132 min manat təşkil edib.
Bank 2021-ci ilin 3-cü rübü ərzində (iyul-sentyabr) xalis mənfəətini 8,4 milyon artıraraq cari ilin 9 ayı üzrə 14,2 milyon manata çatdırıb.
XXX
ASC "Xalq" Bankı 2021-ci ilin 9 ayını (yanvar - sentyabr) dövrünü 14 milyon 243 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 78 milyon 554 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 54 milyon 329 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 24 milyon 224 min manat əməliyyat mənfəəti yaranıb. Xalq Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 627 min manat ayırıb və 4 milyon 412 min manat mənfəət vergisi ödəyib. 60 min manat gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir daxil Xalq Bank cari ilin 9 ayını 14 milyon 243 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr dövründə Xalq Bankın cəmi əməliyyat gəlirlər 102 milyon 524 min manat, cəmi əməliyyat xərcləri 56 milyon 604 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 45 milyon 920 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 14 milyon 63 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış, 6 milyon 4 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 25 milyon 935 min manat xalis mənfəət ilə bağlamışdı.
AKTİVLƏRİ 2,2 MİLYARD, KREDİT PORTFELİ 1,4 MİLYARD MANATDAN ÇOXDUR
30 Sentyabr 2021-ci il tarixində ASC “Xalq” Bankın cəmi aktivləri 2 milyard 221 milyon 242 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 131 milyon 848 min manat və ya 5,6% azdır. Azalma əsasən, hesablarda vəsaitlərin azalması və qiymətli kağızlara investisiyaların düşməsi ilə əlaqədardır. Bank 31 Dekabr 2020-ci il tarixində 2 milyard 353 milyon 90 min manat cəmi aktivlərə malik idi. 30 Sentyabr 2021-ci il tarixində Xalq Bank tərəfindən müştərilərə verilmiş kreditlər (kredit portfeli) 1 milyard 413 milyon 848 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portfeli 1 milyard 475 milyon 123 min manat təşkil etmişdi.
CƏMİ KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Xalq” Bankda müştərilərin cəmi depozitləri 1 milyard 426 milyon 132 min manat (2020-ci ilin sonunda 1 milyard 590 milyon 492 min manat), cəmi kapitalı 444 milyon 900 min manat (2020-ci ilin sonunda 436 milyon 788 min manat) təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində bankın cəmi balans kapitalı 8 milyon 112 min manat artıb.
30 Sentyabr 2021-ci il tarixində Xalq Bank 397 milyon 802 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
1 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)










