Azərbaycanın 5-ci böyük bankı daha da böyüyüb, mənfəəti 2 dəfədən çox artıb
Aktivlərinin həcminə görə Azərbaycanın 5-ci böyük bankı olan “Bank Respublika” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 12 milyon 100 min manat təşkil edib. Bank 2020-ci ilin 9 ayını 5 milyon 838 min manat xalis mənfəət ilə başa vurmuşdu. Marja xəbər verir ki, bu, Bankın açıqladığı maliyyə hesabatından məlum olur.
Xalis mənfəətin kəskin artması qeyri-işlək kreditlərin azalması ilə xüsusi ehtiyat fondunun bir hissəsinin azad olması hesabınadır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Heabatda qeyd edilib ki, “Bank Respublika”nın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 7 milyon 313 min manat və ya 13,1% artaraq 62 milyon 960 min manata çatıb. Bank 2020-ci ilin 9 ayında 55 milyon 647 min manat faiz gəlirləri əldə etmişdi.
“Bank Respublika”nın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 176 min manat və ya 16,3% azalaraq 16 milyon 251 min manata düşüb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 19 milyon 427 min manat təşkil etmişdi.
XƏRCLƏRİ ARTIB
“Bank Respublika”nın faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 3 milyon 638 min manat və ya 18% artaraq 23 milyon 893 min manata yüksəlib. 2020-ci ilin 9 ayında Bankın faiz xərcləri 20 milyon 255 min manat təşkil etmişdi.
“Bank Respublika”nın qeyri-faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 971 min manat və ya 14,1% artaraq 48 milyon 243 min manata qalxıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz xərcləri 42 milyon 271 min manat təşkil etmişdi.
Ümumiləşdirsək, “Bank Respublika”nın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 4 milyon 137 min manat artmasına qarşı, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 609 min manat artıb. Xərclərin gəlirlərdən daha çox artması Bankın əməliyyat mənfəətinin 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 472 milyon manat və ya 43,6% azalaraq 7 milyon 75 min manata geriləməsinə səbəb olub. “Bank Respublika”nın əməliyyat mənfəəti 2020-ci ilin 9 ayında 12 milyon 548 min manat təşkil etmişdi.
“Bank Respublika”nın 2021-ci ilin 9 ayındakı 7 milyon 75 min manat əməliyyat mənfəəti ilə bərabər, mümkün zərərlər üzün yaradılan ehtiyatdan 5 milyon 24 min manat azad olmuş və mənfəət 12 milyon 100 min manata yüksəlib. Qeyd edək ki, “Bank Respublika” 2020-ci ilin 9 ayında 12 milyon 548 min manat əməliyyat mənfəətindən mümkün zərərlər üzün yaradılan ehtiyata 6 milyon 710 min manat ayırdığından həmin dövrü 5 milyon 838 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Beləliklə, “Bank Respublika”nın xalis mənfəətinin 2 dəfədən çox artması ehtiyatdan qayıdan (azad olan) vəsaitin hesabınadır. Gəlirin artmasını xərclərin ondan 2 dəfə çox artması tamamilə silib, əməliyyat mənfəətini azaldıb. Ehtimal olunan zərərlərin ödənilməsi üçün xüsusi ehtiyat fondundan azad olan vəsait əməliyyat mənfəətindəki azalmanı bir növ kompensasiya edib. Yeri düşmüşkən qeyd edək ki, xüsusi ehtiyat fondunun bir hissəsinin azad olması “Bank Respublika”da qeyri-işlək kreditlərin azaldığına işarədir (Balansdan silinmiş kreditlər üzrə ödənişlər olub, kredit portfelinin keyfiyyəti artıb).
Qeyd edək ki, “Bank Respublika”nın faiz gəlirlərinin artması müştərilərə verilən kreditlər, digər banklara yerləşdirilən depozitlər və qiymətli kağızlara yatırılan investisiyalar üzrə gəlirlərin artması ilə əlaqədardır. Faiz xərclərinin artmasına isə cəlb edilmiş depozitlər və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərclərinin artması səbəb olub.
“Bank Respublika”nın qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbi xarici valyuta ilə əməliyyatlar üzrə gəlirin azalmasıdır. Qeyri-faiz xərclərinin artmasına isə əsasən əmək haqqı xərclərinin artması səbəb olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
“Bank Respublika”nın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 160 milyon 288 min manat və ya 15,5% artaraq 1 milyard 194 milyon 328 min manata çatıb. Bank 2020-ci ilin sonunda 1 milyard 34 milyon 39 min manat cəmi aktivlərə malik idi.
“Bank Respublika” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 177 milyon 721 min manat və ya 39,8% artaraq 624 milyon 589 min manata çatıb. Ötən ilin sonunda Bankın kredit portfeli 446 milyon 868 min manat təşkil etmişdi.
“Bank Respublika”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 104 milyon 655 min manat və ya 15,2% artaraq 794 milyon 282 min manata çatıb. Bank 2020-ci ilin sonunda 689 milyon 627 min manat cəmi depozitlərə malik idi. “Bank Respublika”da fiziki şəxslərin depozitləri 68 milyon 478 min manat, hüquqi şəxslərin depozitləri isə 36 milyon 176 min manat artıb.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Bank Respublika” 98 milyon 776 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 83 milyon 893 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)













