Bank VTB (Azərbaycan) əməliyyat zərərini 7 dəfədən çox azaldıb
Bank VTB (Azərbaycan)-ın xalis mənfəəti 2021-ci ilin 9 ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 33 min manat və ya 51,6 % artaraq 3 milyon 920 min manat təşkil edib. Bankın 2020-ci ilin 9 ayında xalis mənfəti 2 milyon 585 min manat olmuşdu.
Qeyd edək ki, 2021-ci ilin 9 ay üzrə xalis mənfəət cari fəaliyyətdən deyil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış vəsaitin hesabınadır.
Marja Bankın hesabatına istinadən xəbər verir ki, Bank VTB (Azərbaycan)-ın faiz gəlirləri 2021-ci ilin 9 ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 242 min manat və ya 75,4% artaraq 12 milyon 197 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 637 min manat və ya 3 dəfə artaraq 5 milyon 456 min manata yüksəlib.
Bank VTB (Azərbaycan)-ın faiz xərcləri 2021-ci ilin 9 ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 162 min manat və ya 53,1% artaraq 3 milyon 350 min manta, qeyri-faiz xərcləri isə 2 milyon 926 min manat və ya 24% artaraq 15 miylon 88 min manata çatıb.
Bankın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 8 milyon 879 min manat artmasına qarşı, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 88 min manat artıb.
Beləliklə, 2021-ci ilin 9 ay ərzində Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 653 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 18 milyon 438 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 785 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 482 min manat hesabına zərər bağlanıb və 3 milyon 920 min manat xalis mənfəət də formalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ay ərzində Bankın cəmi əməliyyat gəlirləri 8 milyon 774 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 350 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 5 milyon 576 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 8 milyon 673 min manatın hesabına Bankın 2 milyon 585 min manat xalis mənfəəti yaranmışdı.
Diqqəti cəlb edən Bankın əməliyyat zərərini 7 dəfədən çox azaltmasıdır.
31 Sentyabr 2021-cil il tarixində Bank VTB (Azərbaycan) 206 milyon 152 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 187 milyon 341 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonu ilə müqayisədə cari ilin 9 ayı ərzində müştərilərə verilmiş kreditlər 125 milyon 870 min manatdan 147 milyon 175 min manata yüksəlib.
31 Sentyabr 202i-cil il tarixində Bank VTB Azərbaycan 63 milyon 629 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC-nin nizamnamə kapitalının 99,9999 %-i Bank VTB-yə (Rusiya), 0,0001%-i fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
-
- 13 d. əvvəl
- 20 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
"Biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir"
Azərbaycana çay idxalı 23% azalıb
Ən çox oxunanlar
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"







.jpg)












