Rusiya Avropa üçün təbii qaz qiymətlərini 60 % endirmək istəyir
Avropan ən iri təbii qaz tədarükçüsü olan Rusiya uzunmüddətli perspektivdə bu region üçün “mavi yanacağ”ın qiymətini 60 % endirmək istəyir.
“Bloomberg” xəbər verir ki, bu barədə ölkənin enerji siyasəti ilə tanış olan iki rəsmi mənbə deyib.
Onlardan birinin sözlərinə görə, Rusiya Avropada təbii qazın qiymətlərinin min kubmetr üçün 300-400 ABŞ dolları həddində olmasını istəyir. Bu, Britaniya və Polşa kimi ölkələrin daha təmiz enerji mənbələrinə keçməsinə baxmayaraq “Qazprom”a "köhnə kontinent"in bazarı üzərində nəzarəti saxlamağa kömək edəcək.
Digər mənbə 200-400 ABŞ dolları arasında olan qiymət diapozonunu səsləndirib və aşağı qiymətlərin az əlverişli ssenari olduğunu əlavə edib.
Qeyd edilir ki, enerji böhranı fonunda Avropada təbii qazın qiymətləri son həftələrdə rekord həddlərə kimi artıb. Kontinentin təbii qaz ehtiyatlarının ən aşağı mövsümü səviyyədə olduğu qış ərəfəsində tədarük çatışmazlığı ilə bağlı qorxular yaranıb. Rəsmi Kreml qiymət artımının ötən il Avropanın istehlak etdiyi təbii qazın üçdə birini tədarük edən “Qazprom”a tələbi məhv edəcəyindən narahatdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)






.jpg)








