Neft, İranla danışıqlara dair xəbərlərdən sonra ucuzlaşdı
İranın, sanksiyaların, o cümlədən "qara qızıl" ixracına qoyulan embarqonun ləğvi ilə bağlı danışıqlara qayıtması xəbəri ilə neft qiymətləri kəskin düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07.59-da Brent markalı neftin dekabr fyuçersləri 4,4% azalaraq bir barel üçün 82,52 dollara düşüb.
Amerikanın WTI nefti Nyu-Yorkda 4,2% ucuzlaşaraq 80,96 dollar/barelə geriləyib.
Tehranın baş sözçüsü Əli Baqiri bildirib ki, yayda çıxılmaz vəziyyətə düşən və İranda prezident seçkilərindən sonra təxirə salınmış Vyanada nüvə sazişi üzrə danışıqlar noyabrda bərpa olunacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Biz danışıqlara başlamağa hazırıq" deyib.
Baqiri, danışıqların erkən bərpasını müzakirə etmək üçün iki həftə əvvəl Tehrana səfər edən Avropa Birliyi xarici işlər nazirinin müavini Enrike Mora ilə "çox ciddi və konstruktiv söhbət" etdiyini söyləyib.
Bazarın 2014-cü ildən bəri görünməmiş səviyyələrə qalxan qiymətləri endirmək üçün İran neftinə ehtiyacı var: OPEC+ ölkələri Birləşmiş Ştatların təkidli tələblərinə baxmayaraq, tədarükləri ayda 400 min barel planından yuxarı artırmaq istəmirlər.
İrana qarşı sanksiyaların ləğvi ilə 2022-ci ildə gündəlik 1,3 milyon İran neftinin bazara qayıdacağı proqnozlaşdırılır.
Qlobal investisiya bankı Goldman Sachs-a görə, İrana qarşı sanksiyaların ləğvi, tarixdə rekorda çevrilən kəsirin bağlanmasına kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)





.jpg)





