Azərbaycan Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını bu gün açıqlayacaqdır.
Marja xəbər verir ki, bu gün açıqlanacaq qərar Mərkəzi Bankın 2021-ci ildə faiz dəhlizinin parametrlərinə dair 7-ci qərarı olacaqdır. Bu il Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərarı nəzərdə tutulur.
Qeyd edək ki, 2021-ci ilin ötən dövründə keçirilmiş 5 iclasda Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması haqqında qərarlar qəbul edib, 1 iclasda isə faizlər artırılıb.
29 yanvar 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
19 mart 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
30 aprel 2021-ci il

18 iyun 2021-ci il

30 İyul 2021-ci il

17 Sentyabr 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.
Ötən ilin 2,7-3% civarında dəyişən illik inflyasiya 2021-ci ilin əvvəlindən bəri yüksəlir.
Mərkəzi Bank 17 Sentyabr 2021-ci il tarixində faizlərini yüksəldən zaman qeyd etmişdi ki, uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilmişdir.
Mərkəzi Bank bildirmişdi ki, Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə illik inflyasiya tempi yüksəlməkdə davam etdiyindən Mərkəzi Bank, böyük ehtimalla, bu gün də 0,25 bənd faiz artıra bilər. Əgər belə bir qərar qəbul edilərsə, uçot dərəcəsi 6.50%-dən 6.75%-ə, dəhlizin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 7%-dən 7,25%-ə yüksələcəkdir.
Mərkəzi Bank daha aqressiv qərar qəbul edərsə faizlər 0,50 bənd artırıla bilər.
Dünya əmtəə bazarlarında və tərəfdaş ölkələrdə qiymətlərin yüksəlməsi ilə idxal olunan əmtəələrin maya dəyərinin artması, pandemiya ilə bağlı istehsal və logistika zəncirində yaranmış problemlər, məcmu tələbin təkliflə müqayisədə daha sürətlə genişlənməsi risk balansında inflyasiya artırıcı amillər kimi çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
10 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir