“Vətən bağı” Azərbaycanın cənubunda davam edir!
(®) Azərbaycanın aparıcı maliyyə institutu PAŞA Bank Sosial Məsuliyyət strategiyası çərçivəsində 26 oktyabr tarixində “Red Hearts” (“Qırmızı Ürəklər”) xeyriyyə fondu ilə birlikdə Lənkəran və Astarada “Vətən bağı” ağacəkmə aksiyasında iştirak edib.
“Red Hearts” xeyriyyə fondunun təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə vətənimizin müdafiəsində canından keçmiş oğullarımızın xatirəsini əbədiləşdirmək üçün bir çox rayonlarda artıq yaradılmış Vətən Bağı layihəsini bu dəfə Lənkəran və Astarada da davam etdirilib.
Lənkəranda 252 ədəd tükənməkdə olan dəmirağac növü, Astarada isə 124 ədəd sərv ağacı əkilib.
Askiyada PAŞA Bank-ın əməkdaşları ilə birlikdə “Red Hearts” xeyriyyə fondunun üzvləri, Kapital Bank əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.
“Vətən Bağının” qorunması və qulluq olunması ilə “Red Hearts” xeyriyyə fondu və İcra Hakimiyyəti orqanları məşğul olacaqlar.
PAŞA Bank Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin cəmiyyətimizdəki əhəmiyyətli rolunu anlayır və onlara xüsusi diqqət yetirir.
Xatırladaq ki, PAŞA Bank əməkdaşları ötən ilin noyabr ayında “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edərək, düşmən atəşi nəticəsində zərərçəkmiş 100-ə yaxın ailəyə yardım göstərib. Xeyriyyə təşəbbüslərdən biri də, PAŞA Bankın dəstəyi ilə ASAN könüllülərinin cəbhəyanı ərazilərdə yaşayan və müharibənin fəsadlarından əziyyət çəkən uşaqlarla görüş idi. Psixoloji gərginlik keçirmiş azyaşlılara dəstək olmaq, uşaqların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim edilmişdi. Bank, həmçinin ADA Universitetinin Fondu və ADA Könüllülər Hərəkatı ilə birgə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan qaziləri və onların ailələrini də ziyarət etmişdi. Mart ayının 17-si və 19-da təşkil olunan səfər zamanı ailələrə qida məhsulları və kitablardan ibarət hədiyyə qutuları təqdim olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
13 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir













.jpg)



