Mastercard Azərbaycanda “Apple Pay kampaniyaları”na başlayır
Kart sahibləri Mastercard-ı Apple Pay tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN, Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZN kəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq.
Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır.
Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar bildirib ki, Azərbaycanda təmassız ödənişlərin həcmi artıb. Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb.
“Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi. Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi 2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi. Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”, - Erdem Çakar deyib.
“Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq. Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”, - Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.
Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunu və ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.
Apple Pay Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və Unibank-da mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə öz kartlarını Apple Pay-də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək: "Amma hər şeydən öncə biz, Mastercard olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimiz Mastercard-ı Apple Pay tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN, Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZN kəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə Cinema Plus-dan da faydalı təkliflərimiz gözlənilir".
Mastercard-ı Apple Pay tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.
Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
9 d. əvvəl
“Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsi hazırlanıb
-
12 d. əvvəl
"Aqrarkredit" BOKT-un nizamnamə kapitalı 60 %-dən çox artırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çexiya Azərbaycanda istehsal olunan “Niva” avtomobillərini almağa başlayacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 2 yeni data mərkəzinin tikintisi başlayıb, 2027-ci ildə istifadəyə veriləcək
-
2 saat əvvəl
Macarıstan Rusiyadan Avropa İttifaqına maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Aqrarkredit" BOKT-un nizamnamə kapitalı 60 %-dən çox artırılıb

AzVak-da yeni iş elanları

Macarıstan Rusiyadan Avropa İttifaqına maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb

Sabah gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar

Mərkəzi Bank “Azərikard”ın lisenziyasını məhdudlaşdırdı

Prezident İlham Əliyev Tacikistanda səfərdədir

ADY 296 blok-qatar qəbul edib

Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı

Qeyri-neft-qaz sektorundan vergi və sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatdan çox artıb

Nuriyevdən ödənişlərdə İBAN tətbiqi çağırışı
