Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu təxminən 12% azalıb
2021-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 10 milyard 568,5 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6 milyard 999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyiard 20 milyon manatını və ya 66,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 31,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1 faiz, büdcə vəsaitləri 24,1 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,3 faiz, bank kreditləri isə 6,1 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb













.jpg)










