Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək - MƏBLƏĞLƏR
“Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.
Marja xəbər verir ki, bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.
O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
“Bildiyiniz kimi 30 noyabr tarixdə Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır:
“Müvafiq Qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8800 manat, 60-80% itirilməsinə görə 6600 manat, 30-60% itirilməsinə görə isə 4400 manat, bununla yanaşı ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.
Məlum helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək və qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər.
Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əllik, eyni zamanda xəsarət halını təsdiq edən sənədlərlə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər”.
Elmar Mirsalayev onu da bildirib ki, 16 noyabr tarixdə Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb:
“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























