"Fitch" əsas valyuta cütləri üzrə proqnozlara yenidən baxıb
"Fitch" beynəlxalq reytinq agentliyi əsas valyuta cütləri ilə bağlı gözləntilərinə yenidən baxıb.
Agentliyin yaydığı məlumata görə, "Fitch"in analitiklərinin fikrincə, bu ilin sonunda Yaponiya milli valyutasının məzənnəsi bir dollar üçün 114 yen civarında, gələn il 116 yen, 2023-cü ildə isə 110 yen (sentyabrda bu proqnozlar müvafiq olaraq 110 yen, 109 yen və 105 yen olub). 2020-ci ildə bir dollar 103,6 yenaya bərabər idi.
Çin valyutasının məzənnəsinin bu ilin sonunda bir dollar üçün 6,4 yuan, yaxın iki ildə isə 6,7 yuan olacağı gözlənilir. Ötən il bu göstərici 6,54 yuana bərabər idi.
Agentliyin analitikləri 2021-2023-cü illər üzrə funt sterlinq üçün təxminləri yenidən nəzərdən keçirərək əvvəllər nəzərdə tutulan 1,38 dollardan 1,35 dollara qədər korrektə ediblər. Ötən il Britaniya milli valyutası orta hesabla 1,34 dollar dəyərində idi.
"Fitch"in ekspertləri 2021-ci ildə vahid Avropa valyutasının bir dollar üçün 0,87 avroya, yaxın iki ildə isə 0,9 avroya başa gələcəyini gözləyirlər. Əvvəlki proqnoz nəzərdən keçirilən bütün dövr üçün bu göstərici 0,85 avroya bərabər idi. 2020-ci ildə orta məzənnə 0,81 avro təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)






