Azərbaycanın tanınmış tikinti şirkətinin xalis mənfəəti kəskin artıb
Tikinti sektorunda tanınmış şirkətlərdən biri olan “Azəraqrartikinti” ASC 2020-ci ili 14 milyon 631 min 521 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2019-cu ilin yekunu ilə müqayisədə 3,7 dəfə çoxdur. ASC 2019-cu ili 3 milyon 891 min 611 manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 2020-ci ildə 2019-cu illə müqayisədə 45 milyon 901 min 756 manat və ya 20,4% azalaraq 179 milyon 219 min 716 manata düşüb. 2019-cu ildə “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 225 milyon 121 min 472 manat təşkil etmişdi.
Satışın maya dəyəri isə 2020-ci ildə 2019-cu illə müqayisədə 59 milyon 342 min 215 manat və ya 27% azalaraq 219 milyon 31 min 371 manatdan 159 milyon 689 min 156 manata geriləyib.
Satışın maya dəyərinin azalması əsas əməliyyat gəlirinin azalmasından 13 milyon 440 min 459 manat çox olub. Bu amil də şirkətin xalis mənfəətinin kəskin artmasını təmin edib.
“Azəraqrartikinti”nin inzibati xərcləri 2020-ci ildə 2019-cu illə müqayisədə 1,3% artaraq 1 milyon 241 min 159 manat təşkil edib. 2019-cu ildə cəmiyyətin inzibati xərcləri 1 milyon 225 min 587 manat olmuşdu.
Satışın maya dəyərinin gəlirlərdən daha çox azalması ilə əlaqədar olaraq “Azəraqrartikinti”nin əməliyyat mənfəəti 3,7 dəfə artaraq 18 milyon 289 min 401 manat təşkil edib. 2019-cu ildə şirkətin əməliyyat mənfəəti 2019-cu ildə 4 milyon 864 min 513 manat təşkil etmişdi.
“Azəraqrartikinti”nin ödədiyi mənfəət vergisi 2020-ci ildə 2019-cu illə müqayisədə 3,8 dəfə artaraq 3 milyon 657 min 880 manat təşkil edib.
1998-ci ilin mart ayında dövlət qeydiyyatına alınmış “Azəraqrartikinti” ASC 11 milyon 229 min 400 manat nizamnamə kapitalına malikdir. Şirkətin hüquqin ünvanı Bakı şəhəri, Yasamal, rayonu, Şəfayət Mehtiyev, ev 93, qanuni təmsilçisi isə (İdarə Heyətinin sədri) Məmmədov Ramin Cümşüd oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 22 d. əvvəl
-
59 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















